Bakı. Trend:

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Saraydan Trend-ə verilən məlumata görə, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Bilirəm getmisən”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan gözəlim” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin