Məşhur aktrisa özündən 15 yaş böyük aktyora ərə gedir –

Aktyor Ali Atay ilə evlənməyə hazırlaşan Hazal Kaya subaylığa vida mərasimi təşkil edib.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, keçən ay nişanlanan cütlük münasibətlərini rəsmiləşdirməyə qərar verib. 5 ildir birlikdə olan aktyorlar fevralın 6-da nikah masasına oturacaq.

Nikah öncəsi böyük bir həyəcan yaşayan Hazal Kaya dünən dostlarını ətrafına toplayaraq subaylığa vida mərasimi təşkil edib. Hazal Kaya İnstaqram hesabında bu gecədə çəkilən şəkli paylaşıb. Mərasimdə Nur Fettahoğlu ilə Yıldız Çağrı Atiksoy da yer alıb.

Qeyd edək ki, cütlük arasında 15 yaş fərqi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR