Onlardan biri şəhərin ən ucaboylu, digəri isə isə ən qısaboylu sakinidir. Buna rəğmən, onlar dostdurlar.Çexiyanın Praqa şəhərindən olan fotoqraf Devid Tesinski də bu dostları əks etdirən fotoseriya hazırlayıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Meksikadakı Nuevo Laredo şəhərində ən ucaboylu adam fotoqraf və basketbolçu, 23 yaşlı Santyaqodur.40 yaşlı Markos isə şəhərin ən qısaboylu sakinidir.Meksikanın ABŞ ilə sərhədinin yaxınlığında yerləşən Nuevo Laredonun sakinlərinin dediklərinə görə, Santyaqo və Markos çox sadiq, səmimi dostlardır.İşsiz Markos butulka, alüminium qablar və s. toplayıb təkrar emal müəssisələrinə təhvil verməklə pul qazanır. O, kitab oxumağı, musiqi dinləməyi, film seyr etməyi çox sevir.Milli.Az