Məşhur aparıcı donuz qripindən öldü -

ABŞ-ın "FOX News" kanalının siyasi icmalçısı, aparıcı Bre Payton donuz qripindən dünyasını dəyişib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 26 yaşlı aparıcı yaxın dostu tərəfindən evində huşsuz vəziyyətdə tapılıb.

Paytonun həmin gün aparıldığı xəstəxanada öldüyü açıqlanıb.

Qeyd edək ki, siyası içmalçı 2011-ci ildə peyvəndləri iblis adlandırmışdı. Paytonun ölümündən sonra sosial media istifadəçiləri jurnalistin vaxtında peyvənd olunsaydı, ölümünün qarşısının alınacağını şərh etmişlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR