"Report" xəbər verir ki, yığıncaq "Rabitəbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Bankın ötən ilin yekunu üzrə balans və mənfəət-zərər haqqında hesabatlarının, Audit Komitəsinin hesabatının təsdiq edilməsi, rəhbər şəxslərə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.