Polisin bu hərəkəti izləyicilər tərəfindən alqışlandı -

ABŞ-ın Florida ştatında polisin maşınını vuran sürücü həyatının şokunu yaşayıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, polis maşınındakı kameralara yansıyan görüntülərdə 35 yaşlı Fernando Xavier Espinoza idarəetməni itirərək əvvəlcə sol tərəfdəki bardurlara daha sonra yol kənarında duran avtomobilə çırpılıb. Qəzanın təsirilə sürücünün avtomobili yanıb. Polis sürücünü maşından çıxara bilib. Polis məmurunun bu hərəkəti izləyicilər tərəfindən təqdir edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR