İmişlidə yolu keçən qadını avtomobil vurub

İmişlidə yolu keçən qadını avtomobil vurub
18:32 12 Yanvar 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

İmişli. 12 yanvar. REPORT.AZ/ İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.
Daha əvvəl İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yolu-kecen-qadini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR