ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi Pol Qobl
Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin
həlli perspektivindən danışıb. ABŞ qoşunlarının Suriyadan
çıxarılması başlanılıb. Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə
qarşı PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Türkiyənin
Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı əməliyyata
hazırlıq davam edir. Avropa İttifaqı İran kəşfiyyatına qarşı
sanksiyalar tətbiq etmək qərarı qəbul edib. İranın ali dini lideri
Ayətullah Əli Xamenei Tehranda ABŞ-ı hədəfə alan çox sərt
açıqlamalar verib. Balkanlarda Rusiya və Qərb arasında yeni
münaqişə alışa bilər. Moskva və Minsk arasında münasibətlər
pisləşməkdədir. Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya
nəzarətlə bağlı dialoqu yeniləmək istəyir.
Azərbaycan, Dağlıq Qarabağ
“Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin
olanda Ermənistanı satacaq”. Bu barədə ABŞ Dövlət
Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun
professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına
müsahibəsində deyib.
Putin Paşinyanı satacaq, Vaşinqton isə İranı... - ABŞ-dan SENSASİON QARABAĞ AÇIQLAMASI
2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə
qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri
qeyri-döyüş şəraitində böyük itkilər verib. “Tert.am”
saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma
aparıb. Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli
olduğunu qeyd edib.
Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesində yaradılmış imkanlardan istifadə edəcək.
Bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri
Miroslav Layçak Vyanada brifinq zamanı deyib.
O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada
əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb
edir:
“Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və
vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi
münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının
alınması, həmçinin onların insanlara təsiri məsələlərinə
cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin
nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək
istiqamətində işimizi davam etdirəcəyik”.
“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq
göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın
itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana
qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti
bunu anlamır”. Bu barədə ermənipərəst mövqeyi ilə
tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ
Dünyada gərginliyin olduqca yüksək olmasına
baxmayaraq, Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş
sürprizlərin olacağını proqnozlaşdırırlar.
2019-cu il Qarabağda... - Dünya analitiklərindən GÖZLƏNİLMƏZ PROQNOZ
“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı
ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh
prosesinin yenidən başlanmasını mümkün edir”. Bunu
Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de
Vaal bildirib.
O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini
deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən
dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin
həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında
təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi
dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca
uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.
Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə
həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Türkiyə, İran, Yaxın Şərq
Ankarada səfərdə olan ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla yanvarın
8-də danışıqların gedişatında ABŞ qoşunlarının Suriyadan
çıxarılmasından sonra bu ölkədəki Amerika bazalarının gələcəyi
müzakirə edilib. Bu haqda Türkiyə Prezidentinin
sözçüsü İbrahim Kalın bildirib.
Türkiyənin ABŞ-dan əsas tələbi MƏLUM OLDU: Ya məhv edilsin, ya da...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ
Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə
məsləhətçisi Con Boltonla görüşməkdən imtina edib.
Bolton Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşdükdən sonra ölkəsinə
dönüb.
Xatırladaq ki, Bolton İsraildə olarkən ABŞ qoşunlarının
Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun
sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin
təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun
sözlərinə görə, ABŞ Türkiyədən zəmanət istəyir ki, ABŞ-ın
müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.
O, həmçinin qeyd edib ki, Türkiyə Suriyada istənilən hərbi
əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.
Türkiyə prezidenti isə bu açıqlamalara sərt reaksiya verib.
Ərdoğan: Bolton ÇOX CİDDİ SƏHV ETDİ
Hərbi hərəkat üçün hazırlıqları tamamladıq. Çox
yaxında Suriya torpaqlarındakı terrorçu qrupları zərərsizləşdirmək
üçün hərəkətə keçəcəyik. Bu haqda ölkə prezidenti
Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Ədalət və İnkişaf Partiyasının
(AKP) qrup toplantısında bildirib.
Prezident PKK terror təşkilatının İŞİD-ə qa mübarizə apardığı
barədə deyilənlərin böyük bir yalan olduğunu deyib.
Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah
başçısı Yaşar Gülər və Quru Qüvvələrinin komandanı Ömər Dündar
yanvarın 11-də Suriya sərhədində yerləşən Şanlıurfaya
gediblər. Hərbi səlahiyyətlilər Suriyanın şimalında
həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı
ilə maraqlanıblar.
“Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq
lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam
edir”, - Hulusu Akar deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı
həmkarı Donald Trampa ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağına
dair söz verib. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo
deyib.
Qeyd edək ki, ABŞ Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat
çayının şərqində yerləşən terrorçulara qarşı hərbi əməliyyat
keçirməsindən, oradakı müttəfiqi YPG təşkilatının taleyindən
narahatdır.
Türkiyə Silahlı Qüvvələri böyük hərbi təlimə
hazırlaşır. TSQ ilk dəfə Türkiyəni əhatə edən bütün
dənizlərdə nəhəng təlimlərlə güc nümayişi edəcək.
27 fevral-3 mart tarixləri arasında 462 min km ərazidə baş
tutacaq “Mavi vətən” təlimlərinə Hərbi-Dəniz Qüvvələri ilə yanaşı,
Quru və Hava Qüvvələri də qatılacaq. Yunanıstanın türk ordusuna
həqarətli sözlərinin cavabı olaraq aparılacaq təlimlər rəsmi
Afinanın iddia etdiyi mübahisəli bölgələri də əhatə edir.
“Mavi vətən 2019” eyni zamanda, Aralıq dənizində bir müddətdir
ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kiprə göz
dağı olacaq.
Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina
barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri
almayacaq. Bu haqda NTV telekanalının efirində
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
bildirib.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma
bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün
hesab etmir”, - Çavuşoğlu deyib.
ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər
göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə
başlayıb.
Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDI
Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə qarşı
PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Bu haqda
Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad bildirib.
İrana qarşı təzyiqləri ikiqat artıracağıq. Bunu İordaniyada
jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo
deyib.
“Siz yaxın həftələrdə bizim İrana qarşı real təzyiqlər üçün
diplomatik və kommersiya səylərimizi ikiqat artıracağımızı
görəcəksiniz. Biz bununla qarşımıza qoyduğumuz hədəfə çatmağı
planlayırıq”, - deyə o bildirib.
Suriyadakı kürd hərbi dəstələri Rusiyaya müraciət
edərək Suriya hökumətiylə müqavilə imzalanmasına yardım etməsini
istəyiblər. Bu məlumatı “Vaşinqton Post” qəzeti
özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kürdlərin bunun
sayəsində Türkiyə tərəfindən olacaq hücumun qarşısını almağa
çalışdıqlarını bildirib.
ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma
istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.
Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDI
Yanvarın 11-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon)
Suriyadakı qüvvələrindən bəzilərinin geri çəkilməsinə başladığını
açıqlayıb. “Anadolu” agentliyinin Suriyadakı
müxbirinə açıqlama verən adının gizli qalmasını istəyən
səlahiyyətli informasiyanı təsdiq edib. Lakin geri çəkilən
qüvvələrinin hansı olduğu və hansı bölgələrdən göndəriləcəyi
haqqında bilgi verilməyib.
Amerikanın CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr
Komandanlığının (CENTCOM) geri çəkilmək əməliyyatlarında istifadə
olunacaq gəmi və təyyarələri müəyyənləşdirdiyini açıqlayıb.
Qeyd edək ki, Pentaqon qüvvələrinin Suriyadan çəkiləcəyini ABŞ
prezidenti Donald Tramp 19 dekabr 2018-ci il tarixində
açıqlamışdı.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya
Zaxarova Türkiyənin Suriyada terror təşkilatlarına istiqamətli
planlaşdırdığı əməliyyat öncəsi qalmaqal yaradacaq açıqlama
verib. Zaxarova rəsmi Dəməşqlə YPG terror təşkilatı
arasında dialoq qurulmasının əhəmiyyətli olduğunu bildirib.
“2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyadan
çəkiləcəklərini açıqladı. Bu baxımdan, YPG-nin Suriya hökuməti
dialoq qurması xüsusi əhəmiyyət daşıyır. Çünki YPG, dəfələrlə qeyd
etdiyimiz kimi, Suriya cəmiyyətinin əhəmiyyətli bir parçasıdır və
kürdlərin olduğu bölgələrin yenidən Suriya hökumətinin nəzarətinə
keçməsi Suriyanın qonşularına yönəlik təhlükəsizlik risklərini
aradan qaldıracaq”, - Zaxarova brifinqdə deyib.
ABŞ-ın Suriyadan çəkilmə qərarını doğru adlandıran Zaxarova ABŞ
əsgərlərinin boşaldacağı bölgələrin Suriya hökumətinin nəzarətinə
verilməli olduğunun vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi
ABŞ prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir”
şəklində bəyanatına cavab verib. O, nüvə sazişindən
çıxmasından sonra İranı yeni müzakirələrə məcbur etməyə
çalışdığını, lakin Tehranın bundan imtina etdiyini bildirib.
İranın illərdir ABŞ-ın təzyiq və sanksiya siyasətinə qarşı
dayandığını Trampın yaxşı bildiyini söyləyən Qasımi qeyd edib ki,
Ağ Evin başçısı İran xalqının ABŞ-ın təzyiqlərinə boyun
əyməyəcəyini bilməlidir.
Qeyd edək ki, ABŞ prezidenti bazar günü etdiyi şərhində nüvə
razılaşmasından çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları
qiymətləndirmiş və İranın danışıqlar masasına oturmaq istədiyini
bildirmişdi.
“Onların vəziyyəti çox yaxşı deyil. Bizimlə masaya oturmaq
istəyirlər”, - o söyləmişdi.
Daha əvvəl isə İranın Ali Təhlükəsizlik Şurasının
katibi Əli Şamxani deyib ki, ABŞ administrasiyasının nümayəndələri
dəfələrlə İran tərəfinə danışıqları yeniləməyi təklif
ediblər. Onun sözlərinə görə, Əfqanıstanda səfərdə
olarkən Vaşinqton danışıqlara yenidən başlamaq üçün ona iki dəfə
təklif edib.
ABŞ-ın Suriya strategiyası çöküb. Bunu
İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda keçirilən
Qərbi Asiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O, İŞİD-in Suriyada məğlub edilməsində ABŞ-ın heç bir rolunun
olmadığını söyləyib:
“ABŞ indi Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə
qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını
şərtləndirir. 2019-cu ildə ABŞ bölgədən çəkilməyə başlayacaq. Eyni
zamanda bu formada Bəsrə körfəzindən də çəkilməyə məcbur
qalacaq”.
İranın ali dini lideri Ayətullah Əli Xamenei
Tehranda ABŞ-ı hədəfə alan çox sərt açıqlamalar
verib. Dini lider bəzi amerikalı səlahiyyətliləri
“birinci sinif axmaqlar” adlandırıb.
Avropa İttifaq (Aİ) İran kəşfiyyatına qarşı
sanksiyalar tətbiq etmək qərarı qəbul edib. Bu haqda
Danimarkanın xarici işlər naziri Anders Samuelsen tvitter
hesabından bildirib.
Onun sözlərinə görə, qərar İranın Avropadakı bəzi şəxslərə
sui-qəsd planlaşdırması ilə bağlıdır.
Avropa İttifaqından İrana ZƏRBƏ
Tehran Avropa Birliyinin İran vətəndaşlarına qarşı
sanksiyalarına cavab verəcək. Bunu Teleqram
səhifəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram
Qasımi paylaşıb. O, İrana qarşı iddiaların əsassız olduğunu
deyib.
Qeyd edək ki, AB bundan öncə iki İran vətəndaşı və İran
Kəşfiyyat Nazirliyinin strukturunu terrorçular siyahısına daxil
edib. Onlar Avropa ərazisində terrora cəhddə ittiham edilib.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal
insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU)
əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni
casus şəbəkəsi yaratmağa cəhd edir. Bu məlumatı
“Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha
təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya
kəşfiyyatı üçün plasdarm edəcəyindən narahatdır.
Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən
sınaq atışları həyata keçirib. Komplekslərlə təlim
Krımda baş tutub.
Qeyd edək ki, ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Ford
MakHenri" desant gəmisi 22-ci dəniz ekspedisiya qrupu ilə birgə
Qara dənizə daxil olub.
Yaponiya Rusiyayla sülh müqaviləsi haqqında
danışıqlar prosesində Cənubi Kuril adaları ilə bağlı hər hansı
kompensasiyalar tələb etmək hüquqlarından qarşılıqlı olaraq imtina
etməyi təklif etmək niyyətindədir. Bu haqda “Yomiuri”
qəzeti bildirib.
Yaponiya daha əvvəllər adaları tərk etməyə məcbur olan
vətəndaşları üçün tələb edirdi. Onların sayı 6 mindən çoxdur.
Bildirilir ki, Yaponiya hökuməti Moskva ilə danışıqları
ağırlaşdırmamaq üçün kompensasiya tələbindən imtina etməyə
hazırdır.
Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya
nəzarətlə bağlı dialoqu yenilmək istəyir. Bunu
jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini
Sergey Ryabkov deyib.
“Yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu
yenilmək istəyərdik. Biz bunun üzərində çalışırıq. Biz hələlik
hansısa qrafik və ya razılaşdırılmış tədbir barədə məlumat verə
bilmərik”, – deyə o bildirib.
Məhz Rusiya prezidenti Vladimir Putin “soyuq
müharibə” bitdikdən sonra NATO-nun yaşamasına “yeni səbəb”
verdi. Bu haqda Mərkəzi Kəşfiyyat idarəsinin sabiq
başçısı, İstefaya çıxmış general Devid Petreus bildirib.
MKİ-nin keçmiş rəhbəri hesab edir ki, əslində Vladimir Putin
“soyuq müharibə”dən sonra NATO üçün “ən böyük hədiyyədir”.
ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti
icraçısı Patrik Şanaxan F-35 təyyarəsini sərt tənqid
edib. Bu məlumatı “Politiko” qəzeti özünün etibarlı
mənbələrinə istinadən yayıb.
Məlumata görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri ilə görüşdə
Şanaxan F-35 layihəsinin uğursuzluğa düçar olduğunu və “Lokhid
Martin” şirkətinin bu proqramı artıq necə reallaşdıracağını
bilmədiyini deyib. Şanaxan həmçinin proqramın gerçəkləşdirilməsi
üçün nəzərdə tutulan maliyyənin ABŞ-ın təmin edə bilməyəcəyi
səviyyədə olduğunu bildirib.
Rusiya ilə danışıqlarda söhbət iki dövlətin
birləşməsindən getmir. Bu haqda Minskdə müşavirədə
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus Rusiya ilə birləşəcək? – Lukaşenko NÖQTƏ QOYDU
Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə
bilər. Bu haqda Minskdə müşavirədə Belarus prezidenti
Aleksandr Lukaşenko bildirib.
Lukaşenkodan Moskvaya AÇIQ TƏHDİD: Qərb istiqamətində...
Moskva Lukaşenkonun təhdidlərinə cavab
verib.
Moskva Lukaşenkonun təhdidlərinə CAVAB VERDİ
ABŞ və Çin “dördölçülü” silahlara sahib olub. Bu
haqda amerikalı istefada olan general-mayor Hovard Tompson “The
Hill” üçün qələmə aldığı məqaləsində yazıb.
Rusiyanın bu silahları ABŞ-ı QORXUYA SALDI: bütün donanma bir anda...
Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə
alışa bilər. Belə qənaətə “Business Insider
Deutschland” nəşrində siyasi şərhçi Andreas Baumer gəlib.
Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarımilliyində Avropa
İttifaqı Şurasına rəhbərlik edən Sebastyan Kurs Qərbi Balkanları
Brüselə yaxınlaşdıra bilərdi, ancaq o, buna müvəffəq olmadı.
lll Dünya müharibəsi iki kiçik ölkənin döyüşü ilə başlayacaq – ŞOK PROQNOZ
Dünyada üçüncü minilliyin əsas təhlükəsi – Putin
Rusiyasının təcavüzünə qarşı silah var. Bunu “Apostrof” nəşrinə
müsahibəsində Krım məsələləri üzrə ekspert, “BlackSeaNews”
portalının baş redaktoru Andrey Klimenko bildirib.
Ekspert hesab edir ki, bütün mədəni dünyada Putin Rusiyasının
dayandırılmasının iki üsulu var.
Rusiyanı dayandırmağın İKİ YOLU – Ekspertdən təhlükəli təklif
Koreya böhranı
Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə
Asiyada böyük bir müharibənin içində olacaqdıq. Bunu
Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp
bildirib.
Koreya yarımadası probleminin həlli ilə bağlı danışıqların
dalana dirəndiyi barədə iddialarla razılaşmayan Tramp danışıqların
çox yaxşı getdiyini deyib.
“Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, işlər çox yaxşı
gedir”, - prezident vurğulayıb.
Pxenyana qarşı sanksiyaların davam edəcəyini söyləyən Tramp
Şimali Koreya lideri Kim Çen Inla ikinci görüşü üçün ölkənin
axtarıldığını söyləyib.
Ukrayna
Ukrayna Avropa Birliyi və NATO-ya yaxın 5 ildə üzv
olmayacaq. Bunu “1+1” televiziyasında çıxışı zamanı
Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib. O, buna səbəb kimi
ölkənin daxilindəki vəziyyəti göstərib:
“Əgər kimsə bizim AB və NATO-ya bir, ya da iki il sonra üzv
olacağımızı desə, inanmayın. Bu, təmiz yalandır. Əgər kimsə 30 il
sonra desə, ona da inanmayın. Ona görə ki, təcrübə hər şeyin əksini
deyir”.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/265951.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)