Qələbənin şükrü

Qələbənin şükrü
22:52 12 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

İmam Əli (ə):
 
إِذَا قَدَرْتَ عَليٰ عَدُوِّكَ فَاجْعَلِ الْعَفْوَ عَنْهُ شُكْرًا لِلْقُدْرَةِ عَلَيْهِ
"Öz düşməninə qələbə çaldıqda, bağışlamağı bu qələbənin şükrü təyin et".
 
("Biharul-ənvar", c.68, səh.427).
 
Qısa izah
 
İslam məntiqinə əsasən, hər bir nemətin zəkatı və şükrü olduğu kimi qüdrət və qələbənin də zəkat və şükrü bağışlamaq və əfv etməkdir.
Zahiri qələbələr qarşı tərəfin qəlbindən ədavət və düşmənçiliklərin silinməsi və müxalifətçiliklərin kökünün kəsilməsi ilə daha da davamlı olacaq və bu məsələ bağışlamaq və əfvdən başqa bir yol ilə əldə olunası deyil. Nəticədə, düşmən qəlbən dəyişəcək və sənin dünənki düşmənin bugünkü dostuna çevriləcək. Beləcə, qələbə zahir və batin baxımından təkmilləşəcəkdir.
Əksinə, qüdrət və qələbə zamanı intiqam hissi ilə yaşayan kəslər öz insanlıq fəzilətindən məhrum olmaqla yanaşı, sahib olduqları qələbəni də təhlükəyə ata bilərlər.  
İslam Peyğəmbəri (s) qeyd edilənlərin kamil nümunəsidir. O həzrət Məkkəni fəth etdiyi və düşmənə qələbə çaldığı zaman misli görünməmiş əfv və bəxşiş sahibi olduğunu nümayiş etdirərək digər insanları heyrətə saldı.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/719849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR