Nigeriyanın Ekiti ştatında yük maşınının bazarda insanların üstünə sürülməsi nəticəsində 20 nəfər ölüb.Trend-in yerli Daily Post dərcinə istinadən verdiyi məlumata əsasən, hadisə İvoroko şəhərinin mərkəzində baş verib. Ehtimal olunur ki, hadisəyə səbəb maşının əyləc sisteminin işləməməsi olub.İnsanları vurmazdan öncə yük avtomobili 2 maşınla toqquşub.Milli.Az