Nigeriyanın Ekiti ştatının İvoroko şəhərində yük maşınının bazarda insanların üstünə sürülməsi nəticəsində 20 nəfər ölüb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb maşının əyləc sisteminin işləməməsi olub.

Bildirilib ki, insanları vurmazdan öncə yük avtomobili 2 maşınla da toqquşub.