"Azərbaycanda bu insanlar 70 yaşına çatmadan öləcək" - Fatoş Harmancı

"Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir. Çox təəssüf ki, bu insanların yarısı 70 yaşına çatmadan dünyasını dəyişəcəklər".

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

O bildirib ki, dünyada və Azərbaycanda tütündən istifadə böyük problemdir. Ona görə də, tütündən istifadənin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir.

ÜST-ün rəsmisi deyib ki, Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətləri artırmaqla gənclərin siqaretə başlamasını qismən azaltmaq olar. Eyni zamanda tütünlə bağlı reklamları azaltmaq, marketlərdə siqareti qapalı şəkildə satmaq yaxud qutuların yenilənməsini təmin etmək olar.

F.H.Harmancı vurğulayıb ki, tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Fotolar: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR