Qərargahdan hava ilə bağlı

17 yanvar saat 17:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Metbuat.az xəbər verir ki, bu haqda ETSN-də yaradılan Qərargahın operativ məlumatında bildirilib:

"Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir".

Qərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR