Dünyanın ən çox arzulanan qadınlarının son siyahısı hazırlanıb.

ANS PRESS-in məlumatına görə, bu dəfə FHM jurnalı siyahı tərtib edib.

Amerikanın əyləncə jurnalı FHM 1985-ci ildən dərc olunur. Çapa buraxıldıqdan 10 il sonra ən çox arzulanan xanımların siyahısını dərc etməyə başlayıb.

Müxtəlif illərdə bu siyahıya Klaudiya Şifer, Cilisn Anderson, Teri Xetçer, Cenni Makkarti, Sara Qellar, Cenifer Lopes, Anna Kurnikova, Xelli Berri, Britni Spirs, Skarlet Yohanson, Cessika Alba, Meqan Foks, Şeril Koul, Rouzi Hantinqton-Uaytli, Tulisa Kontostavlos və Mila Kulis başçılıq edib.

Bu il artıq "People" jurnalı aktrisa Sandra Bulloku zərif cinsin dünyanın ən gözəl nümayəndəsi elan etmişdi.

Siyahıya 27 yaşlı aktrisa Mişel Kiqan başçılıq edir. Kiqan 2008-ci ildən 2014-cü ilədək çəkildiyi "Tacqoyma mərasimi küçəsi" Britaniya teleserialı ilə tanınıb sevilib.

Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

İkinci yerdə model Kandall Cenner qərarlaşıb
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Aktrisa Ceniffer Lourens üçüncü yerdədir
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

22 yaşlı model Keyt Apton dördüncü yerdə qərarlaşıb
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Teleaparıcı Karolayn Flek ən çox arzulanan beşinci qadındır
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Altıncı yerə 21 yaşlı müğənni Ariana Qrande sahiblənib
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Aktrisa Marqo Robbi yeddinci yerdədir
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Teleulduz Lüsi Meklenburq səkkizinci yerlə kifayətlənib
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Aktrisa Emiliya Klark doqquzuncudur
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)

Top onluğun sonuncusu 35 yaşlı model Kelli Brukdur
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı (FOTO)
Mənbə
ANS PRESS