Şok hadisə: Baş nazir “KQB” agenti çıxdı

Şok hadisə: Baş nazir “KQB” agenti çıxdı
14:57 18 Yanvar 2019
66 Dünya
Ölkə mətbuatı
A- A+

İki dəfə baş nazir olmuş şəxsin DTK agenti olduğu bəlli olub.Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, son dövrlərdə Latviyanın arxivlərinin müəyyən qisminin açılması nəticəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin və idmançıların DTK agenti olması üzə çıxıb.Latviya DTK ilə əməkdaşlıq etmiş şəxslərin adlarını açmaqda israrlıdır və bu işi davam etdirmək niyyətindədir. Sovet Latviyası DTK-nın əks-kəşfiyyat idarəsinin sabiq rəisi Bruno Şteynbrik təsdiq edib ki, Latviya müstəqilliyini əldə edəndə ölkə ilə bağlı əsas informasiyalar və əsas vacib olan agentlərin kartotekaları ölkədən çıxarılıb.DTK arxivlərinin müəyyən qisminin açılması Latviyada ciddi rezonansa səbəb olub. Belə ki, arxivlər açıqlanarkən Latviyanın müstəqilliyi dövründə iki dəfə baş naziri olan İvars Qodsmanın, Riqa və bütün Latviya mitropolu Aleksandrın, Latviyanın müstəqilliyi uğrunda tanınmış ictimai-siyasi xadim Mavrik Vultsfon, Dauqvapilsin sabiq meri Rixard Eyqim, əfsənavə basketbolçu, SSRİ yığmasının keçmiş kapitanı Valdis Valters, populyar "Lida" iaşə şəbəkəsinin yaradıcısı Qunars Kirsons və digərləri DTK agenti olması rəsmi qaydada təsdiqlənib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/722439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR