20 Yanvar faciəsinin 29-cı ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq. Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.Belə ki, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq. Repertuara, Salnamə Sənədli Filmlər Studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən "Azadlığa gedən yollar " filmi daxil ediləcək.Seansların vaxtı: Yanvarın 19-da saat 14:00-da;Yanvarın 20-də saat 15:30 -da; Seanslara giriş sərbəstdir.Milli.Az