PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb

PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb
06:47 20 Yanvar 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.
“Report” xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian MbappeEdinson Kavani isə het-trik edib.
Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.
Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-olke-cempionatinda-9-0-hesabli-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR