İstanbul metrosunda 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açıldı - FOTO

İstanbul metrosunda 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açıldı - FOTO
07:33 20 Yanvar 2019
18 Digər
Ölkə mətbuatı
A- A+

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yeni Qapı” qovşağında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə baş tutub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.

İki gün davam edəcək sərginin açılışında konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Sərgi barəsində məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, tədbiri keçirməkdə məqsəd ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olan yanvar faciəsi haqqında türk ictimaiyyətini maarifləndirməkdir.

Qanlı yanvar hadisələri haqqında danışan İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildirdilər.

Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi "Yeni Qapı" qovşağı sərnişinlərin ən çox istifadə etdiyi ərazidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/266807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR