İmişlidə ağır yol qəzası:

İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun girişində baş verib. "Qazel" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR