Bu gün Fransada ümumilikdə 80 min adam "sarı gödəkçəli"lərin keçirdiyi etiraz aksiyasında iştirak edib. Artıq 10-cu dəfədir ki, belə bir aksiya baş tutur.Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bugünkü aksiya zamanı etirazçılar polislə əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət ediblər. Parisdə keçirilən aksiyaya isə 7 min nəfər qatılıb. Aksiya zamanı zorakılıq halları müşahidə olunmayıb. Yalnız mitinqə başladıqları meydana qayıtdıqdan, yəni aksiya əslində bitdikdən sonra etirazçılarla polislər arasında qarşıdurma qeydə alınıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz, sufışqıran qurğu və rezin güllələrdən istifadə edib. 42 etirazçı həbs olunub.Hökumətə qarşı ən güclü etiraz aksiyası isə bu gün Tuluza şəhərində olub. Polisin verdiyi məlumata görə, Tuluzada 10 min nəfər mitinqə qoşulub. Orada 40 nəfər saxlanılıb. Ən dağıdıcı aksiya isə Bordo şəhərində müşahidə olunub. Orada zirehli maşınların arxasında daldalanan polislərlə etirazçılar arasında ciddi qarşıdurma olub. 50 nəfərdən çox adam polis nəzarəti altına alınıb.Müşahidəçilər deyir ki, bu dəfə aksiyaya qatılanlar xeyli az olub. Bu arada isə, Fransa prezidenti Emmanuel Makron ölkədəki sosial-iqtisadi durumla bağlı müzakirələrə start verib. Fransa mediası mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdadır.Milli.Az
“Sarı jiletlilər” 10-cu dəfə mitinq keçirdi - 80 min nəfər küçələrə axışdı
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Azərbaycanlılarla taciklər arasında qarşıdurma -
26 Aprel 2024
23:04
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
26 Aprel 2024
22:53
“Instagram”da tanış olduğu qıza ilk görüşdə aşiq oldu: Sevgi macərası qanlı bitdi -
26 Aprel 2024
22:19
Ançelottidən Ardaya tarixi şans -
26 Aprel 2024
21:42
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
26 Aprel 2024
21:14
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı
26 Aprel 2024
21:03
Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur -
26 Aprel 2024
20:53
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər -
26 Aprel 2024
20:44
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirildi
26 Aprel 2024
20:28
Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq -
26 Aprel 2024
20:14