"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verib

"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verib
22:22 20 Yanvar 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, “qırmızı-qaralar” ikinci görüşündə Rusiyanın “Yenisey” klubu ilə qarşılaşıb.
Belek qəsəbəsindəki “Cornelia Diamond” otelinin meydançasında təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Qəbələ"nin futbolçuları meydana qara sarğı ilə çıxıblar.
Qeyd edək ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olub. "Qırmızı-qaralar" ilk oyunda Almaniyanın “Meppen”inə 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
20 yanvar
18:00. “Qəbələ” – “Yenisey” (Rusiya) - 2:2
Qollar: Rauf Əliyev, 53. Sabien Lilay, 71-pen. - Aleksey Qritsayenko, 56. Mixail Komkov, 90











Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-rusiya-klubu-ile-oyunda-qelebeni-elden-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR