Türkiyəli aktyor Məsud Akustanın anası dünyasını dəyişib.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, məşhur aktyoru ən çətin günündə dostları və həmkarları yalnız buraxmayıb.

Dünən saat 15:00 radələrində dünyasını dəyişən Sarə Akustanın cənazəsi günorta namazından sonra dəfn edilib. Aktyor anasının tabutunu dəfələrlə öpərək onu göz yaşları içərisində yola salıb.