"Erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir"

“Avropa Parlamentində anti-Azərbayan qətnaməsinin qəbul edilməsi ilk hadisə deyil. Avropa Şurasında da biz dəfələrlə erməni diasporu ilə bağlı bəzi qüvvələrin hər bir fürsətdən istifadə edərək ölkəmizə qarşı müxtəlif hücumlar həyata keçirdiyini görmüşük”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ölkəmizə qarşı çox ciddi informasiya müharibəsi mövcud olduğunu deyən deputat söyləyib ki, burada əsas səbəb Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Onlar bununla Azərbaycanın daxilində erməni azlığının yaşaya bilməyəcəyini, resjimin pis olduğunu göstərməyə çalışırlar”.

A.Mollazadə bildirib ki, erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir: “Bunu çox ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ümidvaram ki, Avropada bu istiqamətdə ciddi anti-korrupsiya tədbirləri həyata keçiriləcək və Azərbaycan bu istiqamətdə fəal olmalıdır”.

Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsinin səngərdə gedən döyüşlər kimi çox təhlükəli olduğunu deyən deputat vurğulayıb ki, bu məsələdə ölkəmiz fəal mübarizə aparmalıdır: “Erməni təşkilatlarının saytlarına baxdıqda, onların Azərbaycan qarşı fəaliyyət həyata keçirdiyini açıq şəkildə görmək mümkündür. Hətta onlar tərəfdaşlarından istifadə edərək Azərbaycan qarşı qətnamələr qəbul etdirdiklərini özləri də etiraf edirlər”.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR