“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb.
Məlumata görə, ötən il əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.
2018-ci ildə ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb. Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb.


