Öldürülən oğlundan bəhs edən filmin Oskara namizəd olmasına ETİRAZ ETDİ və.../ FOTO

İngiltərədə 1993-cü ildə 2 yaşlı James Bulgeri işgəncə edərək öldürən 2 uşaq qatilinin hekayəsindən bəhs edən “Detaintment” (Saxlanılma) ən yaxşı filmlər sırasında Oskara namizəd seçilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Bulgerin anası Denise Fergus bu qərarın onda ikrah hissi oyatdığını bildirib.

Denise Fergus Tvitter hesabında etdiyi açıqlamasında “Belə bir filmin çəkilməsinin və Oskara layiq görülməsinin məni nə qədər kədərləndirdiyini sözlərlə ifadə etmək mümkün deyil” deyə bildirib.

Fergus daha əvvəl filmin Oskara namizəd göstərilməməsi üçün Akademiyaya müraciət edib. Çərşənbə axşamı günü Oskar mükafatları açıqlanmadan əvvəl eyni tələb yazılmış sənədi 90 mindən çox insan imzalayıb. İrlandiyalı rejissor Vincent Lambe Denise Fergusdan üzr istəyib.

MV5BMWY3YjUzNGYtMzhjMS00N2M1LThiYzItMGJjOGMyZWEwYWVhXkEyXkFqcGdeQXVyNjIyNjQyMzU@._V1_SX1777_CR0,0,1777,742_AL_

https://metbuat.az/news/1114930/itkin-parasutcu-27...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR