İntiharların sayına görə Azərbaycan neçənci yerdədir? - Reytinq

İntiharların sayına görə Azərbaycan neçənci yerdədir? - Reytinq
12:52 24 Yanvar 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Postsovet ölkələrindən Tacikistan və Azərbaycanda intihar nadir hallarda baş verir. Bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi ölkələrdə psixi sağlamlıq xidmətləri və resursları haqqında hesabatına uyğun hazırlanıb.Milli.Az xəbər verir ki, təşkilatın hazırladığı məlumatlara uyğun olaraq, media.az postsovet ölkələri arasında hər 100 min nəfərə düşən intiharların sayına görə siyahısını hazırlayıb.İnformasiya BMT-nin səhiyyə sahəsindəki mütəxəssisləri tərəfindən ÜST-ün "Psixoloji sağlamlıq xəritəsi, 2017-ci il" layihəsi çərçivəsində təqdim edilib. Məlumatlara görə, postsovet ölkələrindən ən çox intihar halları Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd halları isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir. Ən çox intihar hallarının qeydə alındığı postsovet ölkələri siyahısında Ukrayna (22,4) üçüncü, Latviya (21,2) dördüncü, Estoniya (17,8) beşinci yerləri tutub. Beşinci yerdə Moldova (15,9) qərarlaşıb. Gürcüstan (8,2) və Ermənistan (6,6) isə yeddinci və səkkizinci yerləri bölüşür. Nəhayət, siyahının son yerlərini Azərbaycan (2,6) və Tacikistan (2,5) tutub. Material hazırlanan zamanı Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan siyahıya salınmayıb. İntiharların sayına görə postsovet ölkələrinin onluğu:Litva (hər 100 min nəfərə 31,9)
Rusiya (31)
Ukrayna (22,4)
Latviya (21,2)
Estoniya (17,8)
Moldova (15,9)
Gürcüstan (8,2)
Ermənistan (6,6)
Azərbaycan (2,6)
Tacikistan (2,5)
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/724155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR