“Tata Steel Masters 2019” şahmat turnirində 11-ci turun oyunlarına yekun vurulub.
Metbuat.az xəbər verir ki, tur çərçivəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu, norveçli Maqnus Karlsen ilə qarşılaşıb və oyunu heç-heçə başa vurub.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə hindistanlı Santoş Qucrati Viditə məğlub olub.
Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla