Dövrün böyük sufilərdindən olan Cüneyd Bağdadi ilə Əbu Bəkr Şibli təxminən eyni günlərdə xəstələnib yatağa düşürlər. Hər ikisi üçün həkim çağrılır.Milli.Az islam.az-a istinadən bildirir ki, Allahı inkar edən biri olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: "Şikayətin nədir?" Cüneyd Bağdadi "heç bir şey" deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir. Şibli xəstəliyindən uzun-uzadı şikayətlənir. Bir müddət sonra hər iki sufinin səhhəti düzəlir. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir:- Öz şikayətlərini inkarçı həkimə niyə bu şəkildə ifadə etdin?- Dost olana dünyada belə xəstəliklər verilir, axirətdə isə lütf edilir; düşmənlərə nələr ediləcəyini bilsin istədim. Bəs yaxşı, sənin davranışının hikməti nədir?- Bir hikməti yoxdur, sadəcə olaraq dostdan düşmənə şikayət etməyə utandım.Milli.Az