İtaliyanın daxili işlər naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makrona çağırış edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Fransa prezidentinə çağırışında bildirib ki, 14 terrorçunu geri qaytarın:
“Mən Fransa prezidenti Emmanuel Makrondan Braziliya prezidenti Jair Bolsonaru kimi hərəkət etməsini xahiş edəcəm (Çezare Battisti ilə bağlı). İstərdim ki, Fransa prezidenti də terrorçuları ifşa etsin və geri qaytarsın”.