Brazilyada çökən bənddə ölənlərin sayı 58 nəfərə çatıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, qəza cümə günü Brazilyanın Brumadinho şəhərində baş verib. Qəza nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. 305 nəfər isə itkin düşüb.

Xilasetmə briqadası hadisə yerində axtarış tədbirlərini davam etdirir.

Qəzanın hansı səbəblə baş verdiyi araşdırılır.

Aysel Yaqubqızı / Metbuat.az

Brazilyada ölənlərin sayı 58 nəfərə çatdı -