Böyük Britaniya Xarici İşlər Nazirliyi İspaniyada terror aktları təhlükəsinin artması ilə əlaqədar Birləşmiş Krallıqdan olan turistləri İspaniyaya səfərlər zamanı ehtiyatlı olmağa çağırır.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya XİN-in rəsmi saytında bu barədə tövsiyələr yeniləşdirilib və "İspaniyada terror hücumları ehtimalının yüksək olması" qeyd edilib.Bu barədə narahatlıq üçün aşkar səbəblər olmasa da, nazirlik öz vətəndaşlarına "vəziyyəti diqqətlə izləməyi və yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etməyi" məsləhət görüb.Xatırladaq ki, 2017-ci ilin avqust ayında Barselonada və Kambrilsdə terror aktlarından əvvəl də Britaniya xarici siyasət idarəsi buna oxşar tövsiyələr dərc etmişdi.Ötən həftə Kosta-del-Solda bir nəfər mərakeşli saxlanılıb. O, Manilvada (Malaqa) yarmarkada terror aktı hazırlamaqda şübhəli bilinib.Milli.Az