Amerikanın Florida əyalətində tük ürpərdən bir hadisə baş verib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, bir karavandan gələn ağır qoxulardan narahat olan qonşular polisə zəng edib. Polisin hadisə yerinə gəlməsi ilə 47 yaşlı Penni Pospisil adlı qadının sevgilisini öldürərək cəsədini soyuqqanlılıqla parçalara ayırdığı öyrənilib.
Polislər axtarışlar nəticəsində Penni Pospili taparaq sorğuya tutublar. Sorğu zamanı cinayəti etiraf edən qadın 55 yaşlı Anthonny Mitchelin avqust ayından sonra bir kənddə yaşadığı zaman travma keçirdiyini və bu səbəblə sevgilisini öldürərək parçalara ayırdığını bildirib. Bundan başqa cani qadın cəsədi parçaladıqdan sonra 2 saat uzaqlıqdakı bir yerə apardığını deyib.
Polislər Pospisil və Mitchell arasında münasibət olduğunu və avqust ayına qədər bir kənddə birlikdə yaşadıqlarını deyib.
Cani qadın ikinci dərəcəli cinayətlə həbs olunub.

