İsveçrədə 23 yaşlı cani ana yeni dünyaya gəlmiş əkiz övladlarını vəhşicə öldürüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, doğumu hamam otağında həyata keçirən qadın canlı doğulmuş ilk körpənin başını divara çırparaq öldürdüyünü etiraf edib. Körpənin cansız bədənini isə oyuncaq ayının içində gizlədib. İkinci körpəni 31 saat sonra dünyaya gətirən qadın ölü doğulmuş bu körpəni isə kirli paltarların arasında gizlədib.

Şüurunu itirdiyini deyən qadına məhkəmə cəmi 1 il həbs cəzası verilib. Qərar ölkədə etiraza səbəb olub.

Günay Sadıxova / Metbuat.az

https://metbuat.az/news/1120998/qarisqa-yuvasina-a...