100 il öncə Fransada atılan alman qumbarası Honkoqda vahimə yaşatdıMilli.Az musavat.com-a istinadən xəbər verir ki, Honkonqda cips istehsal edən fabrikə Fransadan kartof göndərilib. İş prosesi zamanı kartoflar arasında şübhəli əşya aşkarlanıb. Araşdırma zamanı yerli polisə bəlli olub ki, narahatlıq yaradan Almaniya istehsalı olan əl qumbarasıdır. I Dünya Müharibəsi zamanı Fransa ərazisində istifadə edilib. Həmin qumbaranın istehsalının üstündən 100 ildən artıq vaxt keşib. Yerli mütəxəssislərin müdaxiləsindən sonra həmin qumpara xüsusi nəzarət altında sıradan çıxarılıb. Polis deyib ki, qumbaranın partlaması üçün fitili çəkilibmış, amma xoşbəxtlikdən o partlamayıb. Lakin istənilən an partlaya bilərmiş.Honkoqda müharibədən qalma silahlar-sursat tez-tez tapılır. Bu ərazi II Dünya Müharibəsi ərzində Yaponiya tərəfindən işğal edilib. Böyük Britaniya və ABŞ bu ərazini yapon işğalından təmizləmək üçün oraya havadan bomba yağdırıb. Hələ də həmin silah-sursat bu və ya digər yerlərdə üzə çıxır və insanların həyatına təhlükə törədir.Milli.Az