"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Küveytin "Al-Rai" qəzeti yazıb.
İraq ödənişləri 1991-ci ildə BMT Təhlükəsizlik Şurasına hesabat verən qurum kimi yaradılan BMT-nin Təzminat Komissiyası (UNCC) vasitəsilə edir.
2018-ci ilin aprel ayında Bağdad İraqdakı çətin vəziyyətlə əlaqədar 2014-cü ilin oktyabrından etibarən dayandırılmış Küveytə ödənişləri bərpa edərək 90 milyon dollar ödəyib. UNCC-nin məlumatına görə, İraq həmin vaxt Küveytə artıq 47,9 milyard dollar ödəmişdi və qalıq borc 4,5 milyard dollar təşkil edirdi.
Qəzet yazır ki, Bağdad hər üç aydan bir 300 milyon dollar ödəməlidir.