Yaponiyada uşaq ayaqqabılarını oğurlayan Makoto Endo adlı orta yaşlı bir adam saxlanılıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 40 yaşlı adamın evində aparılan axtarış zamanı 70 cüt uşaq ayaqqabısı tapılıb. Ayaqqabıların 2017-ci ilin avqust ayı ilə 2019-cu illər arasında oğurlandığı bildirilib. Yerli media adamın pedofiliyaya meyilli olduğundan şübhələnib.
Endonun bu qədər ayaqqabını necə oğurladığı isə sirrini qoruyur.
