Nəhəng gəmi şirkəti “Royal Caribean” Alyaska, Yaponiya, Dubay kimi uzun məsafəli səyahətlərdə iştirak etmək üçün “sahil kəşfiyyatçıları” axtarır.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, kəşfiyyatçılar səyahət zamanındakı macəralarını “İnstagram” hesabında paylaşmaq qarşılığında üç həftəlik səyahətin hər həftəsi üçün 2000 pound ödəniş olunacaq.
2016-cı ildə Russ Franciss adlı adam müraciət edərək eyni işi görmüşdü. O, təcrübələrini “İnstagram”da paylaşmaqla yanaşı Alyaska buzlaqlarını və Yaponiya şəhəri Osakanı ziyarət etmək şansı yaxalayıb. Bundan başqa 2019-cu ilin may ayında xidmətə verilməsi gözlənilən Royal Caribbeans şirkətinin Kariblərdəki xüsusi adası olan Cococayə də ilk ayaq basanlardan biri olub.
Şirkət açıqlama edərək “yalnız macəra axtaran, adrenalin həvəskarları deyil, yaşadığı gözəl anları yaxalayaraq sosial mediada insanlarla paylaşa biləcək birini axtarırıq” sözlərini deyib.