Amerikada 1995-ci ildə 15 yaşlı gənci öldürmə cinayəti ilə həbs olunan 42 yaşlı müsəlman məhkum Dominique Rayın edam cəzası bir gün əvvəl ləğv olunma qərarı alıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Dominique Ray zəhərli iynə ilə edilən edam zamanı həbsxana keşişinin yanında dua etməsinə qarşı çıxıb və yanında bir müsəlman mollasının olmasını tələb edib. Onun tələbi edam otağına sadəcə həbsxana işçiləri girə bildiyi üçün rədd edilib.

Məhkəmə qərarında edam otağında müsəlman və digər din xadimlərinin olmamasını konstitusiya qanunlarına zidd hərəkət kimi qəbul edib və Rayin edamı dayandırıb. Amerika-İslam əlaqələri şurasının Alabama şöbəsi Rayin tələbinin haqlı olduğunu açıqlayaraq məhkəmənin qərarından məmnuniyyət duyduğunu bildirib.

https://metbuat.az/news/1123772/bir-zamanlarin-eve...