İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Fransanın prezidenti Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb. Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Vaşinqton Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxıb. ABŞ Prezidenti Donald Tramp 27 və 28 fevral tarixlərində Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək. BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.

“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir? Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.

Böyük müharibəyə HAZIRLIQ, ya “Bolton planı”, ya da QARABAĞDA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Paşinyanın iki YOLU QALDI: Ya “Bolton planı”, ya da Qarabağda MÜHARİBƏ