Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb

Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb
15:17 11 Fevral 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Şəki. 11 fevral. REPORT.AZ/ Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. 
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-x-sinif-sagirdi-ozunden-boyuk-sexsi-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR