Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası təsdiq edilib
Paylaş
125 baxış·1 dəq oxu
Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. “Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası” təsdiq edilsin", - deyə qərarda bildirilir.