Efiopiyada yerləşən Amhara əyalətində Abune Yusif dağının təpələrindən birində 13-cü əsrdə qurulan Ashetan Maryam monastrı Ortodoks xristianlarının böyük marağına səbəb olub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, böyük çətinliklərlə gedilən bu monastr 3 min 100 metr yüksəklikdə yerləşir. Burada ibadət etmək istəyənlər buraya yüzlərlə metr yol qət edərək çata bilirlər. Günəş çıxmadan yığılan kilsə camaatı ayin zamanı İncil oxuyaraq toplu dualar edirlər.
Əsrlərdir mövcud olan ənənəni davam etdirən kahinlər
Yaşlıların belə böyük səbirlə dırmandığı bu monastrın bu qədər yüksəkdə yerləşməsinin səbəbi isə ibadət edən şəxslərin özlərini burada Tanrıya daha yaxın hiss etmələridir. Turistlərin də böyük marağına səbəb olan monastr ziyarətçilərinə Lalibela qəsəbəsini yüzlərlə metr yüksəklikdən seyr etmək fürsəti təqdim edir.