Bələdiyyə itlərin hürməsini

Fransanın şimalındakı bir qəsəbənin bələdiyyə başçısı səs-küyün qarşısını almaq üçün itlərin həddindən çox hürməsinə qadağa qoyub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bazarertəsi günüdən etibarən Feuquieres qəsəbəsindəəki “uzanan və təkrarlanan” şəkildə hürən itlərin sahibləri 68 evro pul cəzası ödəyəcək.

Bələdiyyə başçısı bu qadağanı qoymaqla gecə-gündüz hürən və narahatlığa səbəb olan itlərə qarşı tədbir kimi qoyduğunu bildirib. Amma bu qərar heyvan haqları müdafiəçilərinin etirazına səbəb olub.

Bələdiyyə başçısı açıqlamasında “məqsəd itləri qadağan etmək deyil. Bu cəza hürməklə verilməyəcək. İt sahibləri öz heyvanlarını tərbiyyə etməlidir” deyə bildirib.

İtlərin davranış mütəxəssisi Cenna Kiddie “hürmənin özünü həll etmək əvəzinə buna səbəb olan vəziyyəti tapmaq lazımdır”deyib.

https://metbuat.az/news/1128199/dehset-delixanada-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR