Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 27-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Polkovnik Elşad Pənahov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Polkovnik Elşad Pənahov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində
həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın
torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və
şücaət nümunələrini xatırlayıblar.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı
kollektivinin konsert proqramı ilə sona çatıb.