“Hər gün bu komandanın kapitanı olmağın xoşbəxtliyi ilə oyanıram”

“Hər gün bu komandanın kapitanı olmağın xoşbəxtliyi ilə oyanıram”
10:32 15 Fevral 2019
78 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, oyunun 37-ci dəqiqəsində "Ayaks"ın qolunun ləğv olunmasından danışan 32 yaşlı futbolçu videotəkrar (VAR) sisteminin tərəfdarı olduğunu deyib:

"Mən VAR sisteminin tərəfdarıyam. Bunun sayəsində futbol yavaş-yavaş daha ədalətli olacaq. Bu oyunda da bir qol ləğv olundu".

"Real"ın heyətində 600-cü oyununa çıxan ispan müdafiəçi, bu barədə də danışıb:

"Bu rəqəmə çatmaq asan deyil. Ümid edirəm, bundan sonra daha çox forma geyinmək şansım olar. Hər gün bu komandanın kapitanı olmağın xoşbəxtliyi ilə oyanıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR