Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri ilə görüşdü

Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri ilə görüşdü
15:27 16 Fevral 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

16 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşdü.

Milli.Az bildirir ki, tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə etdilər və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə etdilər.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkiaf etdirilməsinin önəmini qeyd etdilər, Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Görüş zamanı, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıldı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/731187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR