"Sonuncu pillədə olmağa layiq deyilik” – Bilal Həmdi

"Sonuncu pillədə olmağa layiq deyilik” – Bilal Həmdi
22:05 16 Fevral 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"nin futbolçusu Bilal Həmdi Topaz Premyer Liqasının 17-ci turunda "Neftçi" ilə evdə qolsuz heç-heçə etdikləri oyundan sonra sualları cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, ilk olaraq matç haqda fikirlərini bildirib:

- Oyun intensiv şəraitdə keçdi. Hər iki komandanın da yaxşı qol vəziyyətləri oldu. Biz də, "Neftçi" də qələbə qazana bilərdi. Sonda oyun heç-heçə bitdi. Düşünürəm ki, normal hesabdır.

- İlk hissədə çox yaxşı oyun nümayiş etdirdiniz, daim hücumlara çıxırdınız. Lakin ikinci hissənin ortalarından komanda geri çəkildi. Bu, nə ilə bağlıydı?

- Bütün oyun nə edəcəyimizi əvvəlcədən məşqlərdə işləyirik. Bu həftəki məşqlərdə də sırf əks-hücumun üzərində çalışmışdıq. Bəzən 70-80 metr məsafə qət etməyin özü də çətin olur. İkinci hissədə rəqib təyziqi artırdı, biz isə müdafiə olunub, əks-hücum üçün lazım olan şəraiti gözləyirdik. Bu şərait də müəyyən qədər yarandı, ancaq yaranan şanslardan istifadə edə bilmədik.

- "Neftçi" tərəfi iddia edir ki, bu gün iki xalı "Neftçi" itirdi. Bəs sən necə düşünürsən?

- Bu barədə xüsusi nəsə deyə bilmərəm. Hər kəsin öz fikri var. Əgər iki xal itirdiklərini düşünürlərsə, onların da fikrinə hörmət etmək lazımdır. Yaratdığımız qol vəziyyətlərin nəzərə alsaq, eyni şeyi biz də deyə bilərik. Onların belə düşünməsi normaldır. Çünki onlar liderdir, biz isə son pillədə qərarlaşmışıq.

- "Neftçi" bundan öncəki öz meydanında keçirilən oyunda da sizi məğlub edə bilməyib. Səncə, səbəbi nədir?

- Yəni, biz elə pis komanda deyilik, məncə (gülür). Düşünürəm ki, gələcəkdə daha yaxşı olacağıq. Sonuncu pillədə olmağa layiq deyilik. Çalışırıq ki, yuxarı pillələrə doğru addımlayaq. İnanıram ki, düzgün yoldayıq.

- Bu günkü oyunda çox fəal görünürdün. İstər ötürmələrin, istər cinahdakı keçidlərin olsun. Ancaq sanki hücumçular sənin zəhmətini yerə vurdular.

- Komanda yoldaşlarım da qol vurmaq istəyirdilər. Hər kəs komanda üçün çalışır. Meydanda olan da, olmayan da. Elə vaxt olub ki, mən də müəyyən qol şanslarını boşa vermişəm. Bu, hər bir peşəkar futbolçunun başına gələ bilər. Bizim üçün əsas məqsəd daha çox çalışıb, son pillədən qurtulmaqdır. İnanırm ki, buna nail olacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR