Zəlimxan Hüseynov: Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram

Zəlimxan Hüseynov: Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram
14:43 17 Fevral 2019
139 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən insident təxribatdır və mən bu cür təxribatlara uymamağa çağırıram.

Bunu Trend-ə sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib:

"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram".

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3020805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR