Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alan var

Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alan var
19:37 17 Fevral 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay. 17 fevral. REPORT.AZ/ Göyçay rayonunda zəncirvari yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.
Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qeza-zamani-rayon-sakini-akif-ehmedov-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR