Goranboyda canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb

Goranboyda canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb
02:12 18 Fevral 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy. 18 fevral. REPORT.AZ/ Goranboyda yırtıcılar mal-qaraya hücum edib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Eyvazlılar kəndində baş verib.
Belə ki, canavarlar kənd yaxınlığındakı örüşdə xırda buynuzlu heyvanlara hücum edərək 5 baş qoyunu parçalayıblar. Yırtıcılar tərəfindən parçalanan heyvanlardan 3-ü kənd sakini Kamil Əhmədova, 2-i isə Oqtay Xəlilova məxsusdur. Şahidlərin sözlərinə görə, sürüyə hücum edən yırtıcıların da sayı 5 olub.
Eyni vaxtda canavarlar qonşuluqdakı Boluslu kəndindəki fermalardan birinə də hücum edərək, bir baş qoyunu parçalayıblar.
Qeyd edək ki, bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl rayonun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-canavarlar-mal-qaraya-hucum-ederek-qoyunlari-parcalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR